Putin Kremlə Taliban hərəkatının ölkədə qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılmasını təklif edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bəyan edib ki, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi Kremlə Taliban hərəkatının ölkədə qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılmasını təklif edib.
Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Talibanın terror təşkilatı statusunun qaldırılması ilə bağlı işləri tamamladığını və işin nəticələrinin Kremlə çatdırıldığını bildirib: "Biz buna müsbət baxırıq. Bu Taliban administrasiyasının tanınması üçün lazım olan bir prosesdir, buna görə də bütün məsələlər yüksək qiymətləndirilir".
Qeyd edək ki, Rusiya 2003-cü ildə Talibanı qadağan olunmuş terror təşkilatları siyahısına daxil edib.
Gülay