Rusiyadan Türkiyənin Şimali İraq və Suriyadakı əməliyyatı ilə bağlı AÇIQLAMA

Rusiyadan Türkiyənin Şimali İraq və Suriyadakı əməliyyatı ilə bağlı AÇIQLAMA
DÜNYA
16:32 22.11.2022
199
Türkiyənin Şimali İraq və Suriyadakı əməliyyatı ilə bağlı Rusiyadan yeni açıqlama gəlib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, TSK-nın Şimali İraq və Suriyaya qarşı əməliyyatı ilə bağlı Rusiyadan yeni açıqlama gəlib.
 
Kremlin sözçüsü Dmitri Peskov deyib:
 
"Biz Türkiyənin Suriya ilə bağlı narahatlığını başa düşürük, lakin bütün tərəfləri vəziyyəti sabitliyi poza biləcək addımlardan çəkinməyə çağırırıq. "Bu bumeranq effekti əks nəticə verə və vəziyyəti çətinləşdirə bilər”.

Mətbuat konfransında Türkiyənin Suriyada başlatdığı əməliyyatla bağlı sualı cavablandıran Peskov, "Suriyadakı vəziyyətlə bağlı Rusiya ilə Türkiyə arasında müəyyən yanaşma fərqləri var. Biz mütəmadi olaraq bunlarla məşğul oluruq”, - deyə o bildirib.

Bundan əvvəl Rusiyanın Suriyadakı səfiri Aleksandr Lavrentyev "Türkiyə Suriyada həddindən artıq hərbi güc tətbiq etməkdən çəkinməli və kürd probleminin sülh yolu ilə həllini axtarmalıdır” demişdi. Lavrentyev həmçinin bildirib ki, Moskva bu problemin həlli üçün öz tərəfdaşları ilə çalışacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü həmçinin bildirib ki, Vaşinqton Ankaranın Suriyadakı əməliyyatı ilə bağlı narahatlığını Türkiyə rəsmilərinə çatdırıb. Bəyanatda "Türkiyəyə belə bir əməliyyat keçirməməsi ilə bağlı xəbərdarlıq etdik və suriyalı tərəfdaşlarımızdan bu cür gərginliyi artırmamalarını istədik” deyilir.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR