Rusiyadan Ukraynanın dörd şəhərini raket atəşinə tutdu - Ölən var

Rusiyadan Ukraynanın dörd şəhərini raket atəşinə tutdu - Ölən var
DÜNYA
12:30 23.01.2024
133
Ukraynanın paytaxtı Kiyev, Xarkov, Pavlohrad və Balakleya şəhərləri səhəri raket hücumlarıyla açıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya ordusu tərəfindən səhər saatlarında Ukraynanın paytaxtı Kiyev və Xarkov, Pavlohrad və Balakleya şəhərlərinə raket hücumu həyata keçirilib.

Kiyev meri Vitali Kliçko bildirib ki, paytaxtda partlayışlar baş verib və azı 9 nəfər yaralanıb.
 
Yaralılardan birinin vəziyyətinin kritik olduğunu bildirən Kliçko, partlamamış raket səbəbiylə bir evin boşaldıldığını açıqlayıb.

Xarkov meri Oleq Sinegubov raket hücumu nəticəsində 3 nəfərin öldüyünü, biri uşaq olmaqla 28 nəfərin yaralandığını açıqlayıb.
 
Sinegubov "Rusiya ordusu hücumda X-22 tipli qanadlı raketlərdən istifadə etdi", - deyib.

Bildirilib ki, Pavlohrad şəhərində bir nəfər ölüb, Balakleya şəhərində partlayışlar nəticəsində iki nəfər yaralanıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR