Rusiya Ukraynaya havadan hücum etdi - 6 nəfər öldü

DÜNYA
11:45 27.08.2024
110
Rusiyanın Ukraynaya endirdiyi hava zərbələri nəticəsində azı 6 nəfər ölüb.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya dünən gecə saatlarında Ukrayna ərazisinə irimiqyaslı hava zərbələrini davam etdirib.
 
Ukrayna rəsmilərinin verdiyi açıqlamaya görə, Rusiyanın Zaporojyaya PUA-nın hücumu nəticəsində 2 nəfər ölüb. Krivı Roq şəhərindəki otelə raketin düşməsi nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb. Hücum nəticəsində 6 mağaza, 4 bina və 8 avtomobilə ziyan dəyib.
 
Ukrayna prezidenti Vladimir Zelenski dünən Moskvanın ən azı 127 raket və 109 pilotsuz uçuş aparatı ilə hücuma keçdiyini açıqlayıb. Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mykola Oleshchuk 102 raket və 99 İHA-nın vurulduğunu bildirib və hücumu Rusiyanın ən böyük hücumu kimi qiymətləndirib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR