Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar öldürüldü

Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar öldürüldü
DÜNYA
13:47 08.10.2022
311
Ukrayna-Rusiya sərhədində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə vəkil Aqil Layıc öz feysbuk hesabında məlumat paylaşıb. O bildirib ki, içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib.

Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib. Onların 4-ü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləridir.

Məlumata görə, Rusiya-Ukrayna sərhədindən qarşı tərəfə keçmək istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.

Hadisə barədə Azərbaycanda dövlət qurumları tərəfindən dəqiqləşdirmələr aparılır, əraflı məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR