Rusiyadan Ukraynaya qarşı daha bir ittiham: Ukraynalı diversantlar...

Rusiyadan Ukraynaya qarşı daha bir ittiham: Ukraynalı diversantlar...
DÜNYA
00:04 03.03.2023
403
Vladimir Putin Ukraynanı sərhəddəki rus kəndində "terror aktı”nda ittiham edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin cümə axşamı Ukrayna təxribat qrupunun Rusiya ilə sərhəd bölgəsinə daxil olduğunu və "terror aktı" ilə mülki insanlara atəş açdığını bildirib.

Bryansk vilayətinin qubernatoru bildirib ki, "Ukraynadan olan diversantlar" sərhəddə yerləşən Lyubeçane kəndində mülki avtomobili atəşə tutub, nəticədə iki nəfər ölüb, 10 yaşlı uşağı yaralanıb. Ukrayna Rusiyanın iddiasını qəti şəkildə rədd edib. 

İddia edilən insident rəsmi şəkildə təsdiqlənməyib. 

Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mykhaylo Podolyak tvitter hesabında bunun "qəsdən təxribat” olduğunu bildirib . "Rusiya öz xalqını qorxutmaq istəyir ki, başqa ölkəyə hücuma haqq qazandırsın" - deyə Podolyak bildirib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR