Rusiya hökuməti gəmi yanacağının və kənd benzininin ixracını azad edərək, yanacaq məhsullarına qadağaya dəyişikliklər edib.
AZXEBER.COM xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustinin təsdiq etdiyi qərarla ölkənin sentyabrın 21-dən qüvvəyə mindiyi benzin və dizel ixracı qadağasında dəyişiklik edilib.
Müvafiq olaraq, gəmi yanacağı və kənd dizeli qadağadan azad edilərkən, Transneft və Rusiya dəmir yolu şirkətlərinə qadağadan əvvəl qəbul etdikləri yanacaq daşımalarını tamamlamağa icazə verilib.
Rusiya hökuməti ölkədə benzin və dizel yanacağının qiymətinin artması ilə əlaqədar ötən həftə yanacaq məhsullarının ixracına qadağa qoyub və qərardan sonra bu məhsulların qiyməti aşağı düşüb.
Gülay