Rusiyalı aktyor beynəlxalq axtarışa verildi

Rusiyalı aktyor beynəlxalq axtarışa verildi
MAQAZİN
19:32 12.02.2026
291
Rusiyalı aktyor Artur Smolyaninov Rusiya ordusu haqqında saxta məlumat yaymaq işi üzrə beynəlxalq axtarışa verilib.

AZXEBER.COM xəbər verir ki, rus mediasında yer alan məlumatlara görə, cinayət işi üzrə istintaq başa çatıb. Artur barəsində qiyabi ittiham irəli sürülüb və o, beynəlxalq axtarışa verilib.

Həmçinin aktyorun Rusiyadakı əmlakına həbs qoyulduğu bildirilib.

Qeyd edək ki, 2023-cü ilin əvvəlində Rusiya İstintaq Komitəsi Artura qarşı cinayət işi açıb. O, Qərb nəşrlərindən birinə verdiyi müsahibədə Rusiyaya qarşı yönəlmiş bir sıra bəyanatlar səsləndirib. Bundan az sonra onun adı terrorçu və ekstremistlər siyahısına daxil edilib. Daha əvvəl aktyor xüsusi hərbi əməliyyata qarşı çıxıb və Rusiyanı tərk edib. 2022-ci ilin oktyabrında isə o, Rusiya ordusunu nüfuzdan salmağa görə 30 min rubl məbləğində cərimə olunub.
OXŞAR XƏBƏRLƏR