Rusiyalı alim: “COVID-19-a qarşı hər kəsin vaksinasiya olunmasına ehtiyac duyulacaq”

SAĞLAMLIQ
13:57 02.02.2021
644
Gürcüstan, İslandiya, Rumıniya və bəzi digər ölkələr artıq COVID-19-a qarşı peyvənd vurdurmuş əcnəbi vətəndaşların ölkələrinə girişlərinə icazə verəcəklərini elan ediblər. Avropa İttifaqı koronavirusa qarşı vahid peyvənd sertifikatını təsdiqləməyə hazırlaşır.

"Covid pasportları” və ya "sertifikatlar” koronavirus pandemiyasının yayılmasını dayandırmağa kömək edəcəkmi? Müxtəlif qiymətləndirmələr var. Məsələn, İsraildə belə sənəd altı aylıq verilir.

Rusiya Ali Səhiyyə Təşkilatı və İdarəetmə Məktəbinin rəhbəri, tibb elmləri doktoru Gözəl Ulumbekova Media.Az-ın bununla bağlı suallarını cavablandırıb.

O bildirib ki, "Antikovid pasportları”ndan danışarkən üç komponenti anlamalıyıq:

"Birincisi, peyvənd olunduğumuzu təsdiqləyən sənəddir. İkincisi, hansı əlavə imkanlar yaradır? Bəlkə bəzi məhdudiyyətləri qaldırır? Üçüncüsü, bu cür pasportlar əhalini vaksinasiya olmağa sövq edəcəkmi?”

Müsahibin sözlərinə görə, vaskinasiya ilə bağlı sənədin olması zəruridir.

"Sovet dövründən bəri poliklinika kartlarında hansı peyvəndlərin vurulduğu qeyd edilən əlavələr var idi. Sonra peyvəndlənmənin mövcudluğunun nə verdiyini anlamalısınız”, - deyə o bildirib.

Mərkəzin rəhbəri İsraildə sənədin altı aylıq etibarlılıq müddətini də düzgün addım adlandırıb:

"Bu gün elmi dəlillər peyvənddən sonra, elə sağalanlarda da yaranan immunitetin ən azı səkkiz ay davam etdiyini göstərir. Bəlkə daha uzundur, ola bilər ki, yeni məlumatlar ortaya çıxdıqda immunitetin iki il davam edəcəyini öyrənə bilərik. Ancaq hələ ki, altı-səkkiz ay müddətindən danışa bilərik”.

Həkim bu pasportun mövcudluğunun verə biləcəyi əlavə preferensiyalar haqqında da danışıb. Onun sözlərinə görə, bu, karantin müddətini qısalda bilər, yaxud xarici ölkəyə gedərkən koronavirus infeksiyasının olmaması barədə arayış təqdim etməyə ehtiyac qalmayacaq, sadəcə "antikovid pasportu”nun göstərilməsi kifayət edə bilər.

Tibb elmləri doktoru peyvəndin əslində insan orqanizmini ağır fəsadlara səbəb ola biləcək xəstəlik riskindən qoruduğunu bildirib. O, vaksinasiyanın həm də yaxınları və həmkarları virusa yoluxdurma riskinin əhəmiyyətli dərəcədə azaltdığını vurğulayıb. Həkim vaksinasiyanı həm də cəmiyyət qarşısında məsuliyyət adlandırıb.

"Əhalinin 75%-i vaksinasiya və ya xəstəliyi keçirmə nəticəsində ilin sonuna qədər immunitetə sahib olmasa, normal həyata qayıda bilməyəcəyik. Yeri gəlmişkən, vaksindən sonrakı effekt xəstəlikdən sonrakından daha aydındır, buna görə hər kəsin vaksinasiya olunmasına ehtiyac duyulacaq, sadəcə xəstəliyi keçirənlər peyvənd vurdurmağı bir az təxirə sala biləcəklər”, - deyə Gözəl Ulumbekova vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu