Rusiyalı baş məşqçi: "Qarabağ" "Ferentsvaroş" üçün münasib rəqibdir"

Rusiyalı baş məşqçi: "Qarabağ" "Ferentsvaroş" üçün münasib rəqibdir"
DÜNYA
18:34 28.07.2022
305
"Ferentsvaroş"un əla qələbəsi həm də Macarıstan çempionatının səviyyəsindən xəbər verir".

Bunu Rusiyanın futbol millisinin sabiq baş məşqçisi Anatoli Bışovets deyib.

O, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesovu Slovakiyada "Slovan" (Bratislava) üzərində 4:1 hesablı qələbə münasibətilə təbrik edib:

"Sonrakı uğur yalnız rəqibdən asılı olacaq. Ancaq Stanislav Salamoviçə birmənalı təbrik düşür! "Qarabağ” onun komandası üçün çox münasib komandadır. Çerçesova uğurlar arzulaya bilərik"!

Qeyd edək ki, "Qarabağ" ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
OXŞAR XƏBƏRLƏR