Rusiyalı bloger beynəlxalq axtarışa verildi

Rusiyalı bloger beynəlxalq axtarışa verildi
MAQAZİN
13:07 01.04.2025
226
Rusiyalı LGBT üzvü, bloger Saşa Kazantsevanın adı Daxili İşlər Nazirliyinin beynəlxalq axtarışa verdiyi şəxslərin siyahısına əlavə edilib.

AZXEBER.COM Rusiya mətbyatına istinadən xəbər verir ki, gənc fəal haqqında cinayət işi açılsa da, onun hansı maddə ilə mühakimə olunduğu bildirilməyib.

2023-cü ilin fevralında Ədliyyə Nazirliyi Saşa Kazantsevanın adını LGBT təbliğatı (Beynəlxalq LGBT İctimai Hərəkatı ekstremist və terrorçu kimi tanınıb, Rusiya Federasiyasında qadağan olunub) və Ukraynaya dəstək məqsədilə pul yığımı ilə bağlı xarici agentlərin reyestrinə əlavə edib.

Hazırda xaricdə yaşayan 38 yaşlı Kazantseva yazdığı məqalələrdə xarici agent statusunu göstərmədiyi üçün bir neçə dəfə cərimələnib. 

Xatırladaq ki, Kazantseva bundan əvvəl də təqaüdçünü 19 milyon rubl aldatdığı üçün həbs edilmişdi.
 
Aysel
OXŞAR XƏBƏRLƏR