Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburqda Vladimir Putin tərəfdarı rusiyalı bloger Vladlen Tatarski partlayış nəticəsində həlak olub.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Tatarskinin ölümünə səbəb olan bombanın heykəlin içərisində gizlədildiyi bildirilib.
Partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.
Partlayış nəticəsində 1 nəfər ölüb, azı 25 nəfər yaralanıb. Hadisə yerində araşdırma aparan polis əməkdaşları partlayışın partlayıcı qurğu ilə törədildiyini bildiriblər.
Bundan əlavə, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Partlayışda ölən şəxsin "Vladlen Tatarski” təxəllüsü ilə tanınan rusiyalı bloger Maksim Fomin olduğu bildirilib. Fomin Rusiya ordusunun Ukraynadakı mövqeyini dəstəkləyən görüntülər hazırlaması ilə tanınır.
Tatarskinin bombanın qoyulduğu kafedəki tədbirə qonaq olaraq qatıldığı öyrənilib.
Rusiya dövlət mediasının məlumatına görə, dəbilqəli əsgərin heykəlini bir qadın Tatarskiyə hədiyyə edib. Daha sonra qadın kafedən çıxıb. Bir neçə dəqiqə sonra partlayış baş verib.
Məlum olub ki, kafe bir vaxtlar rusiyalı muzdlu "Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinə məxsus olub.
Rusiya hakimiyyəti insidentə görə Ukraynanı günahlandırsa da, Ukrayna tərəfi Rusiyada daxili terrorizmin baş verdiyini iddia edib.
Qeyd edək ki, Tatarskinin Telegram-da 560 mindən çox izləyicisi var. Digər rus hərbi bloqçularından fərqli olaraq, Tatarski cəbhəyə gedib, cəbhədə olub, xəbərlər yayıb.
Mikayıl