Moskvanın Troitski Rayon Məhkəməsi blogger Lerçekin ev dustaqlığının müddətini daha bir ay, avqustun 24-dək uzadıb.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bloggerin səhhətində problemlər yarandığı məlum olub.
Lerçek bildirib ki, istintaq ona həkimlərə baş çəkmək üçün evdən çıxmağa icazə vermir. O, ginekoloq və nevropatoloqun müayinəsinə, ayağındakı problemlərə görə isə cərrahın konsultasiyasına ehtiyacının olduunu bildirib.
Xatırladaq ki, Lerçek, onun keçmiş əri Artem və onların biznes ortağı Roman Vişnyak Dubay vasitəsilə təşkil etdikləri fitnes marafonları üçün toplanan 250 milyon rublu mənimsəməkdə ittiham olunurlar.
Aysel