Rusiyalı deputat Valuyev axtarışa verildi

Rusiyalı deputat Valuyev axtarışa verildi
DÜNYA
11:03 14.09.2025
163
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Dövlət Dumasının deputatı və idmançı Nikolay Valuyev barəsində axtarış elan edib.

AZXEBER.COM xbr verir ki, ağır çəkidə keçmiş dünya çempionuna qarşı ağır nəticələrə gətirib çıxaran "Ukraynanın ərazi bütövlüyünə qəsd" maddəsi ilə qiyabi ittiham irəli sürülüb.

Valuyev həmçinin Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.

Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.
 
///Oxu.Az 
OXŞAR XƏBƏRLƏR