Rusiyanın Dövlət Dumasının deputatı Konstantin Zatulin Azərbaycanla bağlı sərsəm açıqlamalar verib.
AZXEBER.COM-un məlumatına görə, o, bu barədə Rusiyanın RTV 1 telekanalına müsahibəsində danışıb.
Zatulin hesab edir ki, Azərbaycanın Rusiyaya ehtiyacı yoxdur:
"Azərbaycanın Rusiyaya ehtiyacı yoxdur, ona ABŞ və İsraillə dost olmaq daha sərfəlidir. Moskva ilə Bakı arasında münasibətlərin pisləşməsi Türkiyənin "Böyük Turan yaratmaq” planlarında tərəfdaş olmaq istəyən Azərbaycanın geosiyasi istəklərinin günahıdır".
Zatulin Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın Rusiya tərəfi ilə münasibətlərin pisləşməsinə görə məsuliyyət daşımamasına belə cavab verib:
"Azərbaycanın İsraillə anti-İran zəmində çox sıx əlaqələrinə diqqət yetirmək lazımdır”.
Onun fikrincə, İlham Əliyev guya çıxışlarında İran rəhbərliyində nifaq salmağa çalışır və üstün tutduğu tərəfdaşı İran prezidentinin olduğunu deyir:
"İlham Əliyev çıxışlarında tərəddüd etmədən İran rəhbərliyində nifaq salmağa çalışır və vurğulayır ki, üstün tutduğu tərəfdaşı İran prezidentidir, çünki o, azərbaycanlıdır. İsrail də ABŞ-dəkı müəyyən dairələr kimi indi Azərbaycana İrana qarşı tramplin kimi baxır, Bakı isə İrandakı azərbaycanlılarla iranlılar arasında fərq qoymağa çalışır. Ona görə də indiki vəziyyətdə Əliyevin hərəkətləri Rusiyaya qarşı yönəlib, çünki onun Rusiya ilə dost olmaqdansa, Rusiyaya qarşı düşmən olması daha sərfəlidir. Digər tərəfdən, o, öz açıqlamaları ilə İrana qarşı intriqalarda iştirak etməkdən çəkinməyəcəyini açıq şəkildə ortaya qoyur. Bundan sonra yalnız dar düşüncəli, qərəzli adamlar bizə deyə bilər ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır”.
Mikayıl Mirzəzadə