Rusiyalı deputatdan Azərbaycanla bağlı sensasion açıqlama: Cəzalandırmalıyıq - VİDEO

Rusiyalı deputatdan Azərbaycanla bağlı sensasion açıqlama: Cəzalandırmalıyıq - VİDEO
SİYASƏT
11:03 29.03.2022
1356
"Ukraynanın ərazisində normal dövlətliyi, idarəetməni və hakimiyyəti bərpa etmək gərəkdir. Yaxşı olar ki, bütün bunlar Ukraynanın Rusiyanın tərkibində olduğu halda baş versin. Əks halda denasifikasiya və demilitarizasiya alınmayacaq".

AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, iqtisadçı və publisist Mixail Delyaqin "Rossiya 1" telekanalındakı "60 dəqiqə" (60 minut) proqramında çıxış edərkən belə deyib.

Olqa Skabeyeva və Yevgeni Popovun aparıcılıq etdiyi proqramda Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatla bağlı mövcud durumdan bəhs edən M.Delyaqin bir sıra dövlətləri "xəyanətkar və aqressiv mövqe" tutmaqda suçlayıb.

Onun sözlərinə görə, rəsmi Varşava Polşa-Rusiya sərhədi boyunca qoşun yığmağa davam edir.

Daha sonra o, postsovet məkanı ölkələri ilə Rusiyanın münasibətlərindən, daha doğrusu, Rusiya Federasiyasının indiki şəraitdə "nə etməli olduğundan" bəhs edib.
 
"Çox yəqin ki, NATO tərkibində yox, müstəqil olaraq Polşa Belarusa hücum etməyə çalışacaq. Belarusun sərhədi isə faktiki olaraq Rusiyanın sərhədidir. Azərbaycan isə Qarabağda atəşkəsi pozub, irəliləyib və yeni mövqelərindən də geri çəkilmirlər. Yəni dediym odur ki, Amerikanın satellitlərinin belə aqressiya siyasəti var, onun da qarşısı alınmalıdır", - M.Delyaqin söyləyib.

Daha sonra o, reallıq və siyasi əxlaq hisslərini tam itirərək "Türkiyənin əlaltısı olan, "dövlət" adlandırdığımız Azərbaycan" ifadəsini işlədib.

"Azərbaycan indi real təhlükədir, onu sərt cəzalandırmaq lazımdır. Azərbaycanın neft sənayesi bizim nəyimizə gərəkdir?! Azərbaycanın neft sənayesi çox müdafiəsizdir. Əgər adamlar sözdən anlamırsa, deməli, əməllə başa salmalıyıq.  Bunu etməsək, olmayacağıq. Anlayırsınızmı?! Məsələ elə bu cürdür", - M.Delyaqin söyləyib.

Proqramın aparıcısı Olqa Skabeyeva isə deyib: "Moldova və Gürcüstan bizə qarşı sanksiyalara qoşulmadılar. Təsəvvür edin - Gürcüstan! Amma Azərbaycan... Azərbaycanın Müdafiə Nazirliyi elə bəyanat verib. Bununla məşğul olmalıyıq. Mümkündür, indi vaxtı deyil, amma məşğul olmalıyıq!"

Teleaparıcı Olqa Skabeyevanın intelleektual qabiliyyətinə bələdik və bu səbəbdən aşkar ermənipərəst məxluqun dedikləri önəmli deyil.

Önəmli olan Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanı aşkar şəkildə hədələməsi, ölkəmizin neft hasilatı və emalı sənayesini "vurmağı" təklif etməsidir.

Ümid edirik ki, Rusiya Federasiyasının hakimiyyət dairələri, Dövlət Duması və Prezident Administrasiyası haqqında bəhs etdiyimiz deputanın gerizəkalı, idiotik və plebey çıxışına layiqli qiymət verəcəklər.

Mixail Delyaqin kimi reallıq hissini və şərəfini itirmiş "deputat" unutmamalıdır ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.

Və biz Afrikadakı banan ölkəsi deyilik, hədələrə də cavab verməyin yolunu bilirik.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
19:40 08.10.2026
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
19:38 08.10.2026
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
19:26 08.10.2026
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
19:11 08.10.2026
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
18:54 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
18:41 08.10.2026
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
18:31 08.10.2026
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
18:18 08.10.2026
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
17:48 08.10.2026
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
17:40 08.10.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?