Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Ermənistana girişi qadağan edilib.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, o, Ermənistanda arzuolunmaz şəxs (persona non-qrata) elan edilib.
Buna səbəb kimi deputatın Ermənistan hökumətini 44 günlük müharibədə məğlubiyyətdə ittiham etməsi və Ermənistanın daxili işlərə qarışması göstərilib.
Qeyd edək ki, Zatulin Ermənistan Nazirlər Kabinetinin rəhbərinin istefasını tələb edib.