Moskva administrasiyasına yaxınlığı ilə tanınan din xadiminin dediyi sözlər gündəm olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Moskva administrasiyası və Rusiya Prezidenti Vladimir Putinə yaxın adamlar müharibəyə könüllü olaraq əsgər tapmaq üçün hərəkətə keçiblər.
Son zamanlar Rusiya dövlət televiziyasında bir çox ekspertlər və rəsmilər Rusiya-Ukrayna müharibəsinin "müqəddəs müharibə” olması ilə bağlı açıqlamalar verirlər.
Rus Pravoslav Kilsəsinin baş keşişi Artemi Vladimirov iştirak etdiyi canlı yayımda açıqlama verib.
"Rusiya uğrunda döyüşənlər öldükdən sonra diriləcəklər. Müharibədə kafir yoxdur. Fiziki ölümlə qarşılaşanda ruhun canlanır".
Digər tərəfdən, Rusiya dövlət televiziyasına çıxan Vladimir Solovyov Rusiyanın Ukrayna ilə müqəddəs müharibədə olduğunu və Qərblə qlobal cihadın ola biləcəyini bildirib.
Ayşən