Rusiyalı ekspert: “Azərbaycan öz ərazisində müharibə aparır, heç bir dövlətin buna müdaxilə etməyə haqqı yoxdur”

DÜNYA
18:58 28.09.2020
1345
"Tam genişmiqyaslı müharibə Azərbaycan Ordusu Dağlıq Qarabağ ərazisinə yaxınlaşanda baş verəcək. Əslində, dünəndən başlayaraq keçirilən hərbi əməliyyatları da genişmiqyaslı müharibə adlandırmaq olar. Lakin hələlik, nə qədər ki, hərbi əməliyyatlar Dağlıq Qarabağ ətrafında yerləşən rayonların ərazisində gedir, bu, orta ölçülü müharibədir”.
 
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı hərbi-siyasi ekspert Aleksandr Perenciyev bildirib.
 
Onun sözlərinə görə, qarşıdakı günlərdə müharibə daha da şiddətlənəcək: "Bu, Azərbaycan Ordusu Dağlıq Qarabağ ərazisinə yaxınlaşan zaman baş verəcək. Bu zaman daha ağır silahlardan istifadə olunacaq və münaqişənin ciddi eskalasiyasının şahidi olacağıq.
 
Aydın məsələdir ki, heç bir beynəlxalq təşkilat müharibəni dəstəkləyən bəyanat verməyəcək. Əksinə, hərbi əməliyyatları dayandırmağı, danışıqlara başlamağı tələb edəcəklər, necə ki, indiki vəziyyətdə edirlər”.
 
Rusiyalı ekspert Dağlıq Qarabağ danışıqları prosesinin dalana dirəndiyini söyləyib: "Azərbaycan tərəfi danışıqları davam etdirməkdə heç bir məna görmürdü. Azərbaycan cəmiyyətində isə işğal altındakı ərazilərin dərhal azad olunmasının vacibliyi ilə bağlı çoxdandır ki, tələb yaranmışdı. Bu tələb təkcə ətraf yeddi rayonla deyil, bütünlüklə işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlıdır”.
 
A. Perenciyevin fikrincə, Ermənistan tərəfinin bütün fəaliyyəti və ATƏT-in Minsk qrupunun danışıqlar prosesini nəticəsiz edən qeyri-fəallığı münaqişənin gərginləşməsinə gətirib çıxarıb: "Hazırda Azərbaycana hücum əməliyyatını dayandırmaqla bağlı çağırışlar olsa da, çətin ki, Bakı buna razılaşsın”.
 
Rusiyalı hərbi-siyasi ekspert Azərbaycanla Ermənistan arasında hərbi münaqişəyə heç kəsin müdaxilə etməyəcəyini də bildirib: "Heç bir dövlət, o cümlədən Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da heç kəs Ermənistana görə həyatını verməyə hazırlaşmır. Azərbaycan öz ərazisində hərbi əməliyyatlar aparır. Heç kəsin, belə deyək, mənəvi haqqı yoxdur ki, Azərbaycanın torpaqlarını işğal altında saxlamaq üçün Ermənistana kömək etsin. Müharibə Azərbaycan ərazisində gedir. Ermənistan ərazisinə heç bir hücum yoxdur. Nə səbəbdən üçüncü ölkə bu müharibəyə müdaxilə etməlidir ki?
 
Bir daha qeyd edirəm ki, müharibə hələ ki Dağlıq Qarabağ ətrafındakı ərazilərdə gedir. Əməliyyatlar belə davam etsə, Dağlıq Qarabağ regionuna da keçəcək. Bu zaman da üçüncü tərəf müharibəyə müdaxilə edə bilməz. Bu ərazilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmış, qəbul olunmuş Azərbaycan əraziləridir”.
 
A. Perenciyev Azərbaycanın tez bir zamanda Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etməli olduğunu qeyd edib: "Çünki bu rayonlar qeyd-şərtsiz Azərbaycana verilməli idi. Bu ərazilər mübahisəli deyil. Lakin Ermənistan bunu etmək istəmədi. Ona görə də, Azərbaycan güc yolu ilə həmin əraziləri almaq qərarına gəlib. Bu səbəbdən də, heç kəsin, heç bir dövlətin buna etiraz etmək hüququ yoxdur.
 
Azərbaycan Ermənistana hücum etməyə hazırlaşmır. Öz ərazilərini işğaldan azad edir. Bu gün Azərbaycan siyasi və hərbi rəhbərliyində mən qərarlılıq görürəm. Bu qərarlılıq Dağlıq Qarabağ və ətraf rayonları işğaldan tam azad edib, Azərbaycan SSR-nin dövründəki sərhədlərini bərpa edib Ermənistan sərhədinə çatmaqdan ibarətdir. Hesab edirəm ki, Azərbaycan bunu edəcək. Ərazilərini işğaldan azad edib, Ermənistana sülh müqaviləsi imzalamağı tələb edib hər şeyə nöqtə qoyacaq”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:30 31.10.2020

"Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur və istifadə olunmur"

17:27 31.10.2020

MN: Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir

17:21 31.10.2020

Leyla Abdullayeva XİN rəhbərlərinin Cenevrə görüşündən danışdı: “Bundan sonra...”

17:03 31.10.2020

XİN: Ermənistanın cinayətləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsif olunmalıdır

17:00 31.10.2020

Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atılıb - RƏSMİ

16:55 31.10.2020

Ali Məhkəmə bəyanat yaydı

16:45 31.10.2020

Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edildi - Video

16:26 31.10.2020

“Bu gün ermənilər rayonlarımıza 300-dən artıq mərmi atıb”

16:25 31.10.2020

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

16:12 31.10.2020

"Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir"

15:53 31.10.2020

Səbinə Əliyeva beynəlxalq təşkilatlara müraciət etdi

15:42 31.10.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı daha da artdı

15:24 31.10.2020

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

14:57 31.10.2020

Pakistanlı politoloq: Paşinyan Dağlıq Qarabağdakı müharibəni uduzub

14:54 31.10.2020

İlham Əliyev: "Biz reallıqları dəyişdik və indi onlar bunu nəzərə almalıdır"

14:52 31.10.2020

Hikmət Hacıyev: "Ermənistan silahlı qüvvələri qəsdən Şuşa meşələrində yanğın törədir"