Rusiyalı ekspert: "Ermənistan müharibədəki məğlubiyyətin acısını unutdurmaq istəyir"

Rusiyalı ekspert: "Ermənistan müharibədəki məğlubiyyətin acısını unutdurmaq istəyir"
SİYASƏT
14:31 12.03.2021
625
"Ermənistanın Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə düçar olmasından dörd ay keçir. Bu ölkənin sabiq prezidenti Robert Köçəryan bildirib ki, təkcə silahlı qüvvələrin döyüş qabiliyyətini bərpa etmək üçün 3 milyard dollar vəsaitə ehtiyac var. Buna baxmayaraq, rəsmi Yerevan köhnə adətlərindən əl çəkməyərək hələ də böyük planlar qurmağa davam edir. Belə ki, Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Suren Papikyan yeni nüvə elektrik stansiya tikmək niyyətində olduqlarını bildirib.

Sözsüz ki, bu məsələdə Ermənistan mövcud "Metsamor" Atom Elektrik Stansiyasında hazırda həyata keçirilən yenidənqurmaya dəstək verən Rusiyaya bel bağlayır. Yeri gəlmişkən, Avropa İttifaqının köhnəldiyi üçün bağlamağı tələb etdiyi həmin stansiyanın payına ölkədəki elektrik istehsalatının az qala yarısı düşür. Eyni zamanda, işğaldan azad olunmuş Azərbaycan torpaqlarındakı əksər elektrik stansiyalarından Ermənistana elektrik enerjisi tədarük edilmədiyi də nəzərə alınsa, qonşu ölkədə vəziyyətin ciddiliyi aydınlaşır. Üstəlik yeni atom elektrik stansiyasının tikintisinə milyardlarla dollar sərf edildiyini yada salsaq, bu planın həyata keçiriləcəyi ağlabatan görünmür.

Həmçinin Yerevan Dövlət Universiteti nəzdindəki Kosmologiya və Astrofizika Mərkəzi NASA-nın Aya insan uçuşu proqramında iştirak etmək üçün ərizə verib. Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan bildirib ki, "Ermənistan ordusu yaralarını sağaldaraq yumruğunun gücünü düşmənə göstərəcək. Lakin buna hansı vəsaitlə, hansı ehtiyatlarla nail olacaqlarına aydınlıq gətirən yoxdur".

Avrasiya iqtisadiyyatına dair rusiyalı ekspert Aleksandr Razuvayev bütün bu planların iqtisadi cəhətdən gerçəklikdən uzaq olduğunu deyib:

"Əvvəla, yenidən silahlanmaq məsələsi barədə. ABŞ, Rusiya, Fransa erməniləri atışsalar, yəni nəzəri cəhətdən bunun üçün lazımi vəsait toplana bilər. Lakin bu vəsaitin doğrudan da veriləcəyi ağlabatan deyil. Məsələ söz-söhbətdən uzağa getməyəcək. Elə qalan planların da hər hansı iqtisadi təməli yoxdur. Bunlar sadəcə müharibədəki məğlubiyyətin acısını bir az unutdurmaq, özlərini guya dahi qələmə vermək üçün sözbazlıqdan başqa bir şey deyil”.

Ekspert "Ermənistan Atom Elektrik Stansiyasının təhlükəli olduğunu dünya miqyasında bildirərək onu bağlamağı tələb edirlər. Yeni stansiyanın tikintisinə külli miqdarda vəsait lazımdır. Rusiya bu planla razılaşarmı" sualına isə belə cavab verib:

"Müqayisə üçün bildirim ki, Belarus Atom Elektrik Stansiyasının tikintisi 9 milyard dollara başa gəldi. Ermənistanda da yeni atom elektrik stansiyasının tikintisi elə bu qədər vəsait aparacaq. Halbuki Belarusda çəkdiyi məsrəfləri Rusiya çıxaracaq, Ermənistanda isə vəziyyət bir qədər qarışıqdır. "Rosatom” dövlət təşkilatı olsa da, bazar əsaslarında fəaliyyət göstərir, boşuna pulları sağa-sola səpələməyəcək. Odur ki, Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi məsələsi söz-söhbətdən o yana getməyəcək".
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
00:02 11.10.2026
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür