İngiltərənin "Çelsi" klubu rusiyalı idman direktoru Marina Qranovskaya ilə yollarını ayıracaq.
47 yaşlı funksioner avqustda London təmsilçisi ilə vidalaşacaq.
Onun vəzifəsinə əsas namizəd İspaniyanın "Atletiko" (Madrid) klubunda müvafiq postu tutan Andrea Bertadır.
Qranovskayanın gedişindən sonra əsas transferlərlə bağlı bütün vacib qərarları "zadəganlar"ın baş məşqçisi Tomas Tuxel verəcək.
Qeyd edək ki, Marina Qranovskaya "Tuttosport" nəşrinin versiyasına əsasən, 2021-ci ildə Avropanın ən yaxşı futbol meneceri seçilib. Mayın 26-da isə rusiyalı iş adamı Roman Abramoviç "Çelsi"ni ABŞ konsorsiumuna satıb.