Rusiyalı jurnalist Dağlıq Qarabağa getdi - Erməni cəbhəsindən VİDEO

Rusiyalı jurnalist Dağlıq Qarabağa getdi -  Erməni cəbhəsindən VİDEO
SİYASƏT
00:28 09.01.2016
2024
Rusiyanın “LifeNews” telekanalı Azərbaycanla bağlı təxribat xarakterli reportaj yayımlayıb.TV əməkdaşı Yelizaveta Xramtsova Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edib və qondarma Dağlıq Qarabaq Respublikasının 25 illik “müstəqilliyi” ilə bağlı reportaj hazırlayıb.Reportajda göstərilir ki, əksər dünya dövlətləri tərəfindən müstəqilliyi tanınmayan qondarma respublika de-yuri olaraq Azərbaycanın bir hissəsi olsa da, de-fakto olaraq öz ordusu və idarəedici hakimiyyəti olan kiçik dövlətdir.Azərbaycanla Ermənistan sərhədində uzun illərdir davam edən gərgin rejimdən də bəhs edən telekanal müxbiri Dağlıq Qarbağın iki dövlət arasında mübahisəli torpaq olması tarixinə də özünəməxsus şəkildə təxribatçı şərh verib. Telekanal iddia edib ki, Dağlıq Qarabağ ilk dəfə 1918-ci ildə - Azərbaycan öz müstəqilliyini elan edərkən mübahisəli torpağa çevrilib. Guya Azərbaycan həmin vaxt əhalisinin əksəriyyəti erməni olan Dağlıq Qarabağ ərazisini özünə birləşdirib.Telekanalın iddiasına görə, Azərbaycan SSRİ-nin tərkibinə qatılanda bu münaqişə sakitləşsə də, SSRİ süquta uğradıqdan sonra yenidən alovlanıb. Telekanal həmçinin 1988-ci ildə Azərbaycanda anti-ermənistan çıxışları olduğunu və bu zaman Dağlıq Qarabağda Ermənistana birləşmək məsələsinin müzakirə edildiyini bildirib.İki dövlət arasında aparılan müharibəyə görə qondarma Dağlıq Qarabağ Respublikası əhalisi üçün yeganə iş yerinin hərb olduğunu deyən telekanal müxbiri ötən ilin yayında burada kompot, mürəbbə və konsevləşdirilmiş tərəvəzlərin istehsal edildiyini və demək olar ki, hazır olan məhsulların İrəvana aparıldığını, burada məhsullara “Ermənistanda istehsal olunub” yarlığının vurulduğunu qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb