Rusiyalı jurnalist ukraynalı uşaqlarla bağlı dəhşətli təklif irəli sürdü: “Uşaqları suda boğun”

Rusiyalı jurnalist ukraynalı uşaqlarla bağlı dəhşətli təklif irəli sürdü: “Uşaqları suda boğun”
DÜNYA
16:32 24.10.2022
313
Rusiyalı jurnalist ukraynalı uşaqlarla bağlı dəhşətli təklif irəli sürüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya dövlətinin xarici dilli xəbər kanalı RT-də aparıcının ukraynalı uşaqlar haqqında söylədiyi dəhşətli sözlər böyük əks-səda doğurub.

Rusiyanın RT xəbər kanalında aparıcı Anton Krasovskinin rus əsgərlərini işğalçı kimi görən ukraynalı uşaqların çaya atılaraq boğulması və ya daxmalara bağlanaraq yandırılması təklifi hətta Rusiyada böyük reaksiyalara səbəb olub.

Bu sözlər tamaşaçıların qanını dondursa da, sosial şəbəkədə də böyük müzakirələrə səbəb olub. Bir çoxları Krasovskini "soyqırım çağırışı” etməkdə ittiham ediblər.

Ayşən
OXŞAR XƏBƏRLƏR