Rusiyalı məşhur futbolçu karyerasını başa vurdu

İDMAN
18:08 27.10.2022
386
Rusiya millisinin sabiq futbolçusu Roman Pavlyuçenko karyerasını başa vurub.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, ikinci liqa komandası olan "Znamya"da çıxış edən 41 yaşlı hücumçu 8 oyunluq cəza aldıqdan sonra futbolla vidalaşıb.

Qeyd edək ki, təcrübəli forvard "Kosmos”la görüşdən sonra davada iştirak etdiyi üçün cəzalanıb. O, bundan sonra meydançalara qayıtmaq istəmədiyini bildirib.
 
Aydın


OXŞAR XƏBƏRLƏR