Rusiyalı məşhur müğənni komadadır

Rusiyalı məşhur müğənni komadadır
MAQAZİN
17:59 19.06.2021
1386
Rusiyalı müğənni Marina Maksimova (MakSim) süni komadadır.

Müğənninin nümayəndəsi TASS-a bildirib ki, onun koronavirus testləri mənfi olub:

"O, süni komadadır, dərmanın təsirindən yuxuya gedib. Koronavirus testləri hələlik mənfi nəticə göstərir, sətəlcəm diaqnozu qoyulub. Ancaq həkim koronavirusdan şübhələnir”.

Xatırladaq ki, məşhur müğənni bir neçə gün əvvəl ağciyərlərin 40 faiz zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR