Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi
MAQAZİN
16:08 22.07.2025
350
Əsl adı Alan Xadzaraqov olan rusiyalı reper Matranq "Vnukovo"da yerləşən psixiatrik və narkoloji mərkəzdə müalicəyə başlayıb.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, o, əvvəlcə "Svoboda" narkomaniya klinikasında 28 gün qalaraq, 650 min rubl dəyərində olan müalicə kursu alıb.
 
Həkimlərin təkcə ağır asılılıq deyil, həm də psixi pozğunluq diaqnozu qoyduğu reper daha qapalı bir müəssisəyə köçürülüb.

Matranq ciddi bir proqramla qapalı reabilitasiya kottecinə yerləşdirilib.
 
Bacısının sözlərinə görə, sənətçi payıza qədər buraxılmayacaq.

Xəstəxanaya yerləşdirməyə səbəb narkotik problemi olsa da, reperin sosial şəbəkələrdəki qəribə videoları psixoloji problemlərdən xəbər verib.
 
O, qaşlarını və saçlarını qırxıb, Basta və digər sənətçilərə hücum edib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR