Rusiyalı məşhur vəkil saç əkdirmə əməliyyatında öldü

Rusiyalı məşhur vəkil saç əkdirmə əməliyyatında öldü
DÜNYA
11:28 02.12.2025
85
Rusiyada 32 yaşlı kişi özəl klinikada saç əkimi zamanı vəfat edib.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladivostokdan olan tanınmış vəkil Andrey Kapustin saç əkimi üçün özəl klinikaya müraciət edib.
 
Tanışlarının sözlərinə görə, anesteziya verildikdən sonra onun vəziyyəti kəskin şəkildə pisləşib və o, əməliyyat masasında ölüb.

Prosedurun videoyazısı aparılmadığından polis klinika haqda araşdırmalara başlayıb.

Qeyd edək ki, Kapustin Primoryenin ən tanınmış mülki məhkəməvəkillərindən biri olub. 

Aysel
OXŞAR XƏBƏRLƏR