Rusiyalı modeli Parisdə maşın vuraraq öldürdü

MAQAZİN
11:15 19.12.2024
186
Məşhur rusiyalı model Svetlana Savitskaya dünyasını dəyişib.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, modelin dostu sosial şəbəkələrdə Svetlananın bədbəxt hadisənin qurbanı olduğunu bildirib.    
 
34 yaşlı Svetlananı Parisdə maşın vuraraq öldürüb.
 
Avtomobillərin toqquşmasının qarşısını almaq üçün sürücülərdən biri sükanı digər tərəfə çevirib və təəssüf ki, avtomobil Savitskayanın dayandığı piyada keçidinə girib.  Nəticədə ağır yaralanan model yerindəcə həyatını itirib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR