Rusiyalı müğənni Lindanın (əsl adı Svetlana Geyman) üzərindən yük maşını keçib.
Bu barədə hazırda xəstəxanada olan ifaçı özü bildirib.
Onun sözlərinə əsasən, "Kamaz" markalı avtomobil qəflətən yolun ortasında peyda olub:
"Mən xalam qızı ilə piyada keçidindən yol keçirdik. Qəfil qarşımıza "Kamaz" çıxdı. Biz də özümüzü onun altına atdıq. O isə sürüb getdi və gözdən itdi".
Linda kürək və döş qəfəsindən yaralanıb. 41 yaşlı sənətçinin vəziyyəti hazırda qənaətbəxşdir.
Faktı polis idarəsindən də təsdiqləyiblər. Bildirilib ki, sürücü qaçmaq istəsə də, amma buna nail ola bilməyib.
Qeyd edək ki, Qazaxıstanda dünyaya gələn və Rusiyanın tanınmış ifaçılarından olan Linda "Vorona" mahnısı ilə məşhurdur.
///axşam.az