Rusiyalı politoloq: "Tehran Qarabağdakı “boz zolaq” üzərində nəzarəti itirdiyini həzm edə bilmir"

Rusiyalı politoloq: "Tehran Qarabağdakı “boz zolaq” üzərində nəzarəti itirdiyini həzm edə bilmir"
SİYASƏT
23:18 14.10.2021
441
Rəsmi Tehran Qarabağda mövcud olmuş "boz zolaq” üzərində nəzarəti itirməsini həzm edə bilmir və bundan hiddətlənir.

Bunu "Report”a rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov bildirib.

"İranın bugünkü molla rejimi beynəlxalq aləmdə yalnız Yaxın Şərqin İraq, Suriya, Yəmən, Livan kimi güclü dövlət hakimiyyətinin, siyasi sabitliyin olmadığı bölgələrdə hansısa nüfuz sahibi ola bilir. Bu siyahıya son vaxtlaradək Qarabağ da daxil olub, amma ötən ilin payızında Ermənistan işğalçı ordusunun Azərbaycan tərəfindən darmadağın olunmasından sonra həmin bölgə Tehranın "arxa bağça”ları siyahısından çıxarılıb və bu da təbii olaraq onlarda ciddi qıcıq yaradıb ki, hazırda bunun şahidiyik”, – deyə rusiyalı politoloq qeyd edib.

Onun fikrincə, İran Azərbaycan torpaqlarının işğal altında olmasından böyük iqtisadi qazanclar götürərək bəzi yeraltı filizlər və mineral sərvətlərin hasilatını Qarabağ hesabına artırıb: 

"Bu məqsədlə bölgədə təbii sərvətlərin qaçaqmalçılığı şəbəkəsi qurulub. Lakin Ermənistanın Azərbaycana qarşı müharibədə məğlub olması ilə 30 ilə yaxındır yaradılan bütün bu kriminal biznes sistemi birdən-birə dağılaraq İranın xarici siyasətini ciddi iqtisadi dəstəkdən məhrum etdi. Nəticədə Yaxın və Orta Şərqin bir çox ölkələrində fəaliyyət göstərən qanunsuz silahlı təşkilat və birləşmələr sabit maliyyə kanalını itirdilər. Artıq İran Suriya və Livanda saxladığı birliklərə əvvəlki səviyyədə sponsorluq edə bilmədiyi üçün Azərbaycan sərhədində hansısa sionistlər olması barədə səs-küy qoparır. Bunun səbəbi Azərbaycana ziyan vurmaq yox, ideoloji ardıcıllarına əvvəlki maliyyəni ayıra bilmədiklərindən doğan acizlik hissidir. Beləliklə, İran hökumətinin hazırkı məqsədi Azərbaycan ətrafında qalmaqal yaradaraq regiondakı iranmeylli təşkilatların maliyyəsiz qalmasında dolayı yolla düşmən saydıqları İsraili günahkar çıxarmaqdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
17:32 25.05.2025
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir