Rusiyalı siyasətçi Bakıda qəfildən öldü - Araşdırma başladıldı

Rusiyalı siyasətçi Bakıda qəfildən öldü - Araşdırma başladıldı
SOSİAL
10:11 20.06.2022
247

Rusiyanın sabiq dövlət katibi və Baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda oteldə meytinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq qurumun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı oteldə vəfat edib.

G.Burbulis 1945-ci ildə avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.

 

OXŞAR XƏBƏRLƏR