Rusiyanı "Avroviziya"da təmsil etmiş müğənni öldü - FOTO

Rusiyanı "Avroviziya"da təmsil etmiş müğənni öldü - FOTO
DÜNYA
18:35 21.02.2026
947
Rusiyanı "Avroviziya” mahnı müsabiqəsində təmsil etmiş "Buranovskiye babuşki” kollektivinin ilk heyət üzvlərindən biri Zoya Sergeyevna Dorodova vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Udmurtiya Respublikasının Malopurginski rayonunun rəhbəri Aleksandr Deyev "VKontakte” sosial şəbəkəsində paylaşım edib.

O, Dorodovanın ölümünü böyük itki kimi dəyərləndirərək ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

85 yaşlı sənətçi son illərdə səhnə fəaliyyətindən uzaqlaşmış, doğma kəndində yaşayırdı. Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Buranovskiye babuşki Udmurtiyanın Buranovo kəndindən olan folklor kollektivi idi. Qrup Eurovision Song Contest 2012 müsabiqəsində "Party for Everyp” mahnısı ilə Rusiyanı təmsil edərək ikinci yerə layiq görülmüşdü. Daha sonra kollektivin tərkibində dəyişikliklər olub və ilkin üzvlər fəaliyyətlərini "Babuşki iz Buranovo” adı altında davam etdiriblər.

/Modern.az

 


OXŞAR XƏBƏRLƏR