Rusiyanın 13 hava hədəfi vuruldu - SON İTKİLƏR

Rusiyanın 13 hava hədəfi vuruldu - SON İTKİLƏR
DÜNYA
13:38 10.04.2022
370
Aprelin 9-da Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus 13 hava hədəfini vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Məlumata görə, sutka ərzində Rusiyanın 3 təyyarəsi, 1 helikopteri, 5 PUA-sı və 4 qanadlı raketi məhv edilib. 

Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bu günə kimi Rusiya tərəfi 19 300 nəfərə yaxın hərbçisini itirib. Həmçinin məhv edilən zirehli texnikanın sayı 2 000-ə yaxınlaşır.
OXŞAR XƏBƏRLƏR