Rusiyanın 500-dən çox PUA-sı məhv edildi

Rusiyanın 500-dən çox PUA-sı məhv edildi
DÜNYA
20:27 26.05.2022
362
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 29 600 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 315 ədəd tankı, 3 235 ədəd zirehli döyüş maşını, 617 ədəd artilleriya sistemi, 201 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 206 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 114 qanadlı raket, 2 225 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 502 ədəd dronu və 47 ədəd xüsusi texnikası məhv edilib.
OXŞAR XƏBƏRLƏR