“Rusiyanın 6 minə yaxın hərbçisi ölüb, 200 nəfər əsir götürülüb”

“Rusiyanın 6 minə yaxın hərbçisi ölüb, 200 nəfər əsir götürülüb”
DÜNYA
13:48 01.03.2022
218

Müharibənin beş günü ərzində Ukraynada Rusiyanın 5710 hərbçisi ölüb, 200 hərbçisi əsir götürülüb.

 

AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, döyüşlər zamanı ümumilikdə Rusiyanın 29 döyüş təyyarəsi, 29 helikopteri, 198 tankı, 846 zirehli döyüş maşını, 77 artilleriya sistemi, yeddi HHM sistemi, 24 reaktiv yaylım atəş sistemi, 60 sistern, üç kəşfiyyat dronu, 2 kater, 305 avtomobil texnikası məhv edilib.

OXŞAR XƏBƏRLƏR