Avqustun 25-dək Rusiyanın 9 regionunda anomal yüksək temperatur gözlənilir.
Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand qarşıdan gələn istilərlə bağlı xəbərdarlıq edib.
"Çərşənbə günündən bazar gününə kimi Mərkəzi Federal Dairəsinin rayonlarında: Oryol, Bryansk, Lipetsk, Tambov, Kursk, Belqorod, Voronejdə temperaturun normadan 6-9 dərəcə yüksək olacağı gözlənilir”, - sinoptik bildirib.
Bu rayonlarda havanın temperaturu 30-35 dərəcəyədək yüksələcək.
Bildirilib ki, Moskvada isti avqustun sonunda 30 dərəcəyə çata bilər
Murmansk vilayətində də anomal yüksək temperatur gözlənilir - orada hava selsi üzrə müsbət 21-24 dərəcə isti olacaq ki, bu da iqlim normasından 5-7 dərəcə yüksəkdir. İstilik Yakutiyaya da gələcək - orada müsbət 24-28 dərəcə isti gözlənilir (normaldan 5-8 dərəcə yuxarı).
///baku.ws