Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək

Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək
DÜNYA
20:44 28.02.2025
178
ABŞ Rusiyanın yeni səfiri Aleksandr Darçiyevin təyinatına razılıq verib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yaxın vaxtlarda onun Vaşinqtona getməsi gözlənilir.

ABŞ tərəfi bu yaxınlarda İstanbulda iki ölkənin nümayəndə heyətləri arasında məsləhətləşmələr zamanı müvafiq rəsmi notanı təqdim edib.

Qeyd edək ki, o, 2021-ci ilin yanvarından Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru vəzifəsində çalışırdı.
 
///report
OXŞAR XƏBƏRLƏR