Rusiyanın Almaniyadakı səfirliyinin binası qarşısından “T-72” tankı götürülüb

Rusiyanın Almaniyadakı səfirliyinin binası qarşısından “T-72” tankı götürülüb
DÜNYA
18:29 28.02.2023
146
Almaniyanın paytaxtı Berlində Rusiya səfirliyinin binası qarşısında qoyulan və cəmiyyətdə birmənalı qarşılanmayan Rusiyaya məxsus "T-72” tankı oradan götürülüb.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl tankı İkinci Dünya müharibəsində həlak olanların xatirəsini ehtiramla yad etmək üçün ora gül qoyulurdu.

Polisin məlumatına görə, təşkilatçılar tankı səhər saatlarında götürüblər.

Qeyd edək ki, Estoniyanın paytaxtı Tallində və Litvanın mərkəzi şəhəri Vilnüsdə də Rusiyaya məxsus tanklar quraşdırılmışdı.

Mütəxəssislər bildiriblər ki, Rusiyanın işğal simvolu sayıldığı üçün tankı yığışdırıblar.
OXŞAR XƏBƏRLƏR