Rusiyanın aparıcı hərbi ekspertlərindən etiraf: “Bəli, bu, bizim “İskəndər M” idi”

Rusiyanın aparıcı hərbi ekspertlərindən etiraf: “Bəli, bu, bizim “İskəndər M” idi”
SİYASƏT
22:07 06.04.2021
1221

"İskəndər” raketləri ətrafındakı qalmaqal getdikcə böyüyür. Bir neçə günlük susqunluq və inkar cəhdlərindən, habelə "vurulan "İskəndər”lərin qalıqlarının Suriyadan gətirilməsi” kimi sui-qəsd nəzəriyyələrinin informasiya məkanına sızdırılmasından sonra, Rusiya tərəfi azərbaycanlı minaaxtaranların aşkar etdikləri raket qalıqlarının məhz adıçəkilən operativ taktiki komplekslərə məxsus olduğunu etiraf etməyə başlayıb.

Məsələn, Rusiyanın ən nüfuzlu hərbi ekspertlərindən biri Pavel Felgenhauer "Kavkazskiy Uzel” resursuna verdiyi müsahibədə Ermənistanın "İskəndər”in ixrac edilməyən versiyasına sahib olması ehtimalını təsdiqləyib. Onun sözlərinə görə, hazırda "İskəndər” raketlərində heç bir ixrac nişanı yoxdur.

"Deyəsən, yalnız Əlcəzair üçün "İskəndər”in ixrac variantı hazırlanıb. Lakin başqaları üçün belə bir məhsul istehsal edilməyib, raketlərin adi variantı buraxılıb. Düzü, Ermənistan üçün ixrac versiyası hazırlamadıqlarından, adi versiyanı satdıqlarından şübhələnirdim. Bu barədə danışmırdılar, amma onlara satılanların ixrac variantı olduğunu da söyləmirdilər, sadəcə susurdular. Bu raketlər Rusiya Silahlı Qüvvələri üçün hazırlanarkən istehsal prosesini pozmaq və xüsusi ixrac variantını buraxmaq nəyə lazımdır ki? Ermənistana "yerli məhsullardan” müəyyən bir miqdar göndərmək, orijinaldan daha zəif olan ixrac variantının buraxılışını təşkil etməkdən daha asandır”, - deyə ekspert bildirib.

Analitik "İskəndər” kompleksinin ilkin olaraq ixrac üçün nəzərdə tutulduğunu da xatırladıb.

"Məhz buna görə də ona "İskəndər” adı verilib. Belə ki, Şərq ölkələrində Makedoniyalı Aleksandrı məhz belə adlandırırlar. Bu ad rus silahları üçün səciyyəvi deyil. Bunun uğurlu bir marketinq gedişi olacağı düşünülürdü, amma "İskəndər”lərin ixracı baş tutmadı və kompleksin "Tochka U”nun əvəzinə Rusiya ordusunun raket briqadaları üçün kütləvi şəkildə istehsalına başlanıldı” – deyə P.Felgenhauer izah edib.

Mütəxəssis qeyd edib ki, əgər Rusiya ordusu üçün istehsal olunan məhsullar Ermənistana verilirsə, bu, beynəlxalq öhdəliklərin pozulmasıdır. Bununla belə, o, sözügedən faktın mənfi siyasi nəticələrə səbəb olacağını ehtimal etmir.

"Bu fakt Rusiya Federasiyasının raket texnologiyalarının ixracını məhdudlaşdırmaqla bağlı beynəlxalq öhdəliklərini pozur. Uçuş məsafəsi 300 km-dən çox ola bilməz. Görünür, tədarükçülər də bu öhdəliklərin pozulmasına göz yumublar. Ermənistanda rus ordusu üçün istehsal olunan adi "İskəndər”lər varsa, buna təəccüblənmərəm. Burada hər hansı bir "qara bazara” ehtiyac yoxdur. Hərçənd, orada hansı raketlərin tapıldığı hələ dəqiq məlum deyil”, - deyə ekspert qeyd edib.

Pavel Felgenhauer müharibənin sonunda Ermənistan silahlı qüvvələrinin "İskəndər” raketlərindən istifadə etməsini mümkün sayır və düşünür ki, erməni tərəfi bu addımı "ümidsizlikdən” ata bilər. Hərçənd, onun fikrincə bu vəziyyətdə adıçəkilən komplekslərdən istifadəyə praktiki ehtiyac yox idi.

Hərbi elmlər doktoru, eyni zamanda hökumətə bağlı bir media fiquru olan Konstantin Sivkov da "İskəndər”in ixrac edilməyən versiyasının birbaşa Ermənistana çatdırılmasının mümkünlüyünü qəbul edir.

"Ermənistan Rusiya Federasiyasının etibarlı müttəfiqidir. Ona görə də bu ölkəyə "İskəndər”lərin yerli versiyası da verilə bilərdi və burada təəccüblü heç nə yoxdur. Əgər Ermənistanda "İskəndər” varsa, onda niyə istifadə edilməsin? Yəqin ki, istifadə olunmasaydı, daha məntiqsiz olardı”, - deyə ekspert bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
22:52 10.10.2026
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib