Rusiyanın azərbaycanlı "daşınmaz əmlak kralları"

Rusiyanın azərbaycanlı "daşınmaz əmlak kralları"
SOSİAL
12:20 26.01.2017
2836

 

"Forbes" jurnalı 2016-cı il üzrə Rusiyanın "daşınmaz əmlak kralları"nın reytinqini açıqlayıb.

Ötən il daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən şəxslərin reytinqinə Azərbaycan əsilli iş adamları Zarax İliyev və Qod Nisanov başçılıq ediblər. Onlara məxsus "Kiyev meydanı" şirkətinin balansında olan əmlakın kirayəsindən 2016-cı ildə 1,27 mlrd. dollar məbləğində gəlir əldə olunub. Şirkət 1,238 mln. kvadratmetr ticarət və 69,3 min kvadratmetr ofis sahəsini kirayə verir. "Kiyev meydanı"na 1550 ədəd otel nömrəsi məxsusdur.
 
Xatırladaq ki, "Kiyev meydanı"nın sahibləri bundan öncəki reytinqə də başçılıq edib. 2015-ci ilin yekunlarına əsasən, "Kiyev meydanı" daşınmazın əmlakın kirayəsindən 1,115 mlrd. dollar gəlir əldə edib.
 
2015-ci ildə Z. İliyev və Q. Nisanovun biznesinə geosiyasi amillər mənfi təsir edib. Türkiyə ordusu tərəfindən Rusiya qırıcısı vurulduqdan sonra rəsmi Moskva Ankaraya qarşı sanksiya tətbiq edib. Bundan sonra biznesmenlər Türkiyədən idxal olunan meyvə-tərəvəzin saxlanılması üçün istifadə olunan "Food City" ticarət mərkəzini bağlamaq məcburiyyətində qalıblar.
 
Digər Azərbaycan əsilli iş adamı Araz Ağalarov isə reytinqin 11-ci pilləsində qərarlaşıb. Biznesmenə məxsus "Crocus Group" şirkətlər qrupu ötən il daşınmaz əmlakın kirayəsindən 265 mln. dollar gəlir əldə edib. Qrup 536 min kvadratmetr ticarət və 680 min kvadratmetr sərgi sahəsini kirayə verir. "Crocus Group"a 225 ədəd otel nömrəsi məxsusdur. Ötən il A. Ağalarovun şirkətlər qrupu Moskvada sahəsi 10 min kvadratmetr olan 3 mərtəbəli okeanariumun açılışını edib. Yeri gəlmişkən, şirkətlər qrupunun borcu 1,7 mlrd. dollara çatır.
 
Qeyd edək ki, A. Ağalarov bundan öncəki reytinqin 7-ci pilləsində olub. 2015-ci ilin yekunlarına əsasən "Crocus Group" daşınmaz əmlakın kirayəsindən 365 mln. dollar gəlir əldə edib.
 
Qeyd edək ki, siyahıya 30 şirkət daxil edilib.

///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Ukraynada atəşkəsi alqışlayacaq
00:30 13.03.2025
BMT Ukraynada atəşkəsi alqışlayacaq
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib