Rusiyanın Baltik Donanmasına yeni komandan təyin edilib

Rusiyanın Baltik Donanmasına yeni komandan təyin edilib
DÜNYA
20:47 08.07.2024
160
Rusiyanın Baltik Donanmasına yeni komandan təyin edilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, 2021-ci ildən Baltik Donanması komandanın birinci müavini, baş qərargah rəisi olan vitse-admiral Sergey Lipin komandan vəzifəsinə təyin olunub.

Qeyd edək ki, indiyə kimi Baltik Donanmasının komandanı vəzifəsini vitse-admiral Vladimir Vorobyov tutub. 2023-cü ildən bu vəzifəyə təyib olunan Vorobyovun Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini vəzifəsinə keçdiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyi admiral Vladimir Kasatonovun Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi təyin edildiyini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR