Rusiyanın Belqorod vilayətindən 9 minə yaxın uşaq təxliyə ediləcək.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Qərara əsasən, Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulan Belqorod vilayətindən 9 minə yaxın uşaq başqa bölgələrə köçürüləcək.
Xatırladaq ki, ötən həftənin əvvəlindən etibarən Ukrayna ordusu Rusiyanın Belqorod Belqorod və Kursk vilayətlərinə hücumlar edir. Hücumlar nəticəsində ən azı iki nəfərin öldüyü bildirilib.
///apa