"Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi Ukrayna üçün o qədər çətin deyil"

"Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi Ukrayna üçün o qədər çətin deyil"
SİYASƏT
13:05 18.03.2022
440
"Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi Ukrayna üçün o qədər çətin deyil. Məsələn, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmayacağını artıq bəyan edib”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın "BBC”-yə müsahibəsində deyib.

"Amma Ukraynanın tərksilah edilməsi, rus dilindən istifadənin qüvvədə qalması və de-nazifikasiya çətindir. Bu, əslən yəhudi olan və bəzi qohumları Holokostda ölən cənab Zelenski üçün təhqirdir. Cənab Zelenski artıq Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə və onunla təkbətək danışıqlara hazır olduğunu bildirib. Rusiya Ukrayna hökumətindən Ukraynanın şərqindəki ərazilərdən imtina etməyi tələb edəcək. Bu, dərin mübahisələrə səbəb olacaq. Digər ehtimal isə ondan ibarətdir ki, Moskva Kiyevdən 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımın işğalını tanımasını tələb edəcək. Bu, Ukrayna üçün çətin olacaq”, - o söyləyib.

İ.Kalın bildirib ki, Rusiyanın Krıma sahib olmaq hüququ yoxdur: "Buna baxmayaraq, Putinin tələbləri deyildiyi qədər sərt deyil. Qan tökülməsi, dağıntılar tələbləri daha ağırdır. Ciddi saziş imzalanmasa, Prezident Putin və onun varisləri hər an yenidən Ukraynaya hücum edə bilərlər. Atəşkəs qan tökülməsinin qarşısını alsa da, sülh razılaşmasının imzalanması uzun çəkə bilər. Ukrayna şəhərlərinin bərpası çox vaxt alacaq. Müharibəni bitirmək üçün bizi səylərimiz davam edir və, görünür, neytral mövqedə olmağımız nəticə verir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecədə iştirak edib
23:28 18.07.2025
Leyla Əliyeva Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecədə iştirak edib
KİV: ABŞ Suriyada sabitliyin yaranması üçün İsrailə təzyiq edir
23:16 18.07.2025
KİV: ABŞ Suriyada sabitliyin yaranması üçün İsrailə təzyiq edir
Tramp Aİ-nin bütün mallarına 15-20 % rüsum tələb edir
22:51 18.07.2025
Tramp Aİ-nin bütün mallarına 15-20 % rüsum tələb edir
İsrail ordusu HƏMAS komandirini məhv edib
22:38 18.07.2025
İsrail ordusu HƏMAS komandirini məhv edib
Balakəndə avtomobil yaşlı qadını vuraraq öldürdü
22:18 18.07.2025
Balakəndə avtomobil yaşlı qadını vuraraq öldürdü
KİV: Si Cinpin Putin və Trampla üçtərəfli görüş keçirməyi planlaşdırır
22:10 18.07.2025
KİV: Si Cinpin Putin və Trampla üçtərəfli görüş keçirməyi planlaşdırır
Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib
22:02 18.07.2025
Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib
“İsrail-Suriya gərginliyi artacaq və ümumi sabitlik pozulacaq” - Deputat
21:54 18.07.2025
“İsrail-Suriya gərginliyi artacaq və ümumi sabitlik pozulacaq” - Deputat
Ukrayna vətəndaşı Qazaxda çayda boğuldu
21:43 18.07.2025
Ukrayna vətəndaşı Qazaxda çayda boğuldu
Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
21:30 18.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı
21:18 18.07.2025
Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı
Ermənistanda keçmiş deputat hakimiyyəti ələ keçirmək çağırışlarına görə saxlanılıb
21:06 18.07.2025
Ermənistanda keçmiş deputat hakimiyyəti ələ keçirmək çağırışlarına görə saxlanılıb
"Avropa üçlüyü" və İran arasında gələn həftə görüş baş tuta bilər
20:57 18.07.2025
"Avropa üçlüyü" və İran arasında gələn həftə görüş baş tuta bilər
Şirvan sakini sirkə turşusundan zəhərlənərək öldü
20:44 18.07.2025
Şirvan sakini sirkə turşusundan zəhərlənərək öldü
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
20:38 18.07.2025
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Ərdoğan və Putin regional məsələləri müzakirə edib
20:32 18.07.2025
Ərdoğan və Putin regional məsələləri müzakirə edib