Rusiyanın BMT-dəki nümayəndəsi: Ukrayna ilə danışıqlara hazırıq

Rusiyanın BMT-dəki nümayəndəsi: Ukrayna ilə danışıqlara hazırıq
DÜNYA
18:55 10.02.2023
194
Moskva Kiyevin nizamlanma təkliflərini nəzərdən keçirməyə hazırdır, lakin Ukrayna rejimi bunda maraqlı deyil.

Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya yerli KİV-ə müsahibəsində bildirib.

"Ukrayna ilə danışıqlara dair mövqeyimiz hamıya məlumdur və bu mövqe dəyişməyib. Biz hələ də təkliflərimizi və yerlərdəki vəziyyəti nəzərə alan ciddi təklifləri nəzərdən keçirməyə hazırıq. Lakin biz indi təəssüflər olsun ki, bunun üçün heç bir ilkin şərait görmürük. Ukrayna rejimi bunda maraqlı deyil", - deyə rusiyalı diplomat vurğulayıb.

Nebenzya xatırladıb ki, 2022-ci il sentyabrın 30-da Vladimir Zelenski Rusiya rəhbərliyi ilə danışıqları qadağan edən 679 saylı fərman imzalayıb. "Amma daha vacibi odur ki, Kiyev bunu istəsəydi belə, Qərb kuratorları buna icazə verməzdilər. Məhz onlar bizimlə son ukraynalıya qədər "proksi müharibə" aparırlar".
 
///Apa
OXŞAR XƏBƏRLƏR