Rusiyanın bu aeroportlarında uçuşlar dayandırıldı

DÜNYA
10:20 22.02.2025
414
Rusiyanın Kazan və Nijnekamsk şəhər hava limanlarında hava gəmilərinin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyulub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu haqda "Rosaviasiya"nın rəsmi nümayəndəsi Artyom Korenyako məlumat yayıb.

"Hava gəmilərinin ekipaj üzvləri, aviadispetçerlər və aeroport xidmətləri uçuşların təhlükəsizliyinin təmin olunması üçün lazımi ölçülər götürürlər - bu, başlıca prioritetdir", - o bildirib.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl Rusiyanın Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk şəhər aeroportlarında təyyarələrin uçuş təhlükəsizliyi məqsədilə "Xalça" planı tətbiq olunmuşdu.
OXŞAR XƏBƏRLƏR