Rusiyanın bu şəhərlərinə Bakıdan uçuşlar həyata keçiriləcək - SİYAHI

Rusiyanın bu şəhərlərinə Bakıdan uçuşlar həyata keçiriləcək - SİYAHI
SOSİAL
12:12 21.09.2021
1070
Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi Azərbaycana uçuşların siyahısını genişləndirib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, "Sibir" aviadaşıyıcısı həftədə yeddi dəfə Tümendən Bakıya reyslərin həyata keçirilməsi üçün icazə alıb.

Bununla yanaşı "Red Wings Airlines" həftədə bir dəfə olmaqla Saratov, Nijni Novqorod, Mineralnıye Vodı, Ufa, Omsk, Volqoqrad və Mahaçqaladan Bakının Heydər Əliyev beynəlxalq hava limanına uçuşlar həyata keçirəcək.

Eyni zamanda, "Nordwind Airlines" və "İkar" aviaşirkətlərii Volqoqraddan Bakıya həftədə yeddi dəfə uçuşlar üçün icazə alıb.

OXŞAR XƏBƏRLƏR