Rusiyanın daha bir məşhur zabiti öldürüldü - VİDEO

Rusiyanın daha bir məşhur zabiti öldürüldü - VİDEO
DÜNYA
14:39 10.03.2022
445
Kiyev vilayətinin Brovarsk rayonunda döyüş əməliyyatları zamanı Mərkəzi Hərbi Dairənin 90-cı tank diviziyasının 6-cı tank alayının (Çebarkul) batalyon-taktiki qrupu (BTQr) şəxsi heyət və texnikada xeyli itki verib. O cümlədən, alayın komandiri polkovnik A.Zaxarov məhv edilib.
 
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"6-cı tank alayının BTQr-nin xeyli itki verməsi nəticəsində 90-cı tank diviziyasının 239-cu tank alayının BTQr ilə birlikdə geri çəkilərək müdafiəyə keçməyə məcbur olublar", - məlumatda deyilir.

Qeyd edək ki, polkovnik Zaxarov 2016-cı ildə hələ mayor rütbəsində olarkən Rusiya prezidenti Vladimir Putindən orden alıb.
 
///Milli.Az
 

OXŞAR XƏBƏRLƏR