Rusiyanın Çelyabinsk vilayətində güclü partlayış baş verib

Rusiyanın Çelyabinsk vilayətində güclü partlayış baş verib
DÜNYA
23:56 22.10.2025
112
Rusiyanın Çelyabinsk vilayətində, Kopeysk şəhərindəki müəssisələrdən birində güclü partlayış olub.

Hadisə barədə vilayətin qubernatoru Aleksey Teksler məlumat verib.

Onun sözlərinə görə, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Partlayışın dalğasından bəzi yaşayış binalarının pəncərələri sınıb. Hadisə yerinə operativ xidmətlər cəlb edilib, fövqəladə qərargah yaradılıb.

Qubernatorun sözlərinə görə, yerli sakinlər və mülki infrastruktur üçün təhlükə yoxdur.

Hazırda xəsarət alanlara tibbi yardım göstərilir, partlayışın səbəbləri araşdırılır.

/APA
OXŞAR XƏBƏRLƏR