Rusiyanın ən böyük bankı "Sberbank" süni intellekt chatbot "ChatGPT" ilə rəqabət aparan "GigaChat" adlı platformanı işə saldığını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Sberbank"dan verilən yazılı açıqlamada şirkətin süni intellekt sahəsində qlobal rəqabətə qatıldığı bildirilib.
"GigaChat" adlı süni intellektli söhbət robotunun işə başladığına dair məlumatların yer aldığı açıqlamada platformanın yalnız başlanğıcda özəl dəvətlə istifadə oluna biləcəyi qeyd edilib.
Açıqlamada bildirilib ki, platforma söhbət edə, kod yaza və şəkillər yarada bilər və beynəlxalq rəqiblərindən fərqli olaraq "GigaChat" rus dilində daha "ağıllı” ünsiyyət qura bilir.
"Sberbank" bank xidmətləri ilə yanaşı, son illərdə xüsusilə texnologiyaya qoyduğu investisiyalarla ön plana çıxıb.
Mikayıl