Rusiyanın ən zəngin 200 biznesmeninin 5-i azərbaycanlıdır

Rusiyanın ən zəngin 200 biznesmeninin 5-i azərbaycanlıdır
SİYASƏT
11:14 14.04.2016
1324
"Forbes" jurnalının rus versiyası ölkədə yaşayan ən varlı 200 iş adamının siyahısını dərc edib.
Siyahıda Azərbaycan əsilli biznesmenlər də yer alıblar.
Belə ki, "Lukoyl" şirkətinin prezidenti, Bakıda anadan olmuş Vahid Ələkbərov 8,9 milyard dollar şəxsi sərvəti ilə ən zəngin 9-cu rusiyalı iş adamı seçilib. 65 yaşlı Ələkbərov 2015-ci illə müqayisədə 3,3 milyard dollar pul itirib.
Əslən Qubanın Qırmızı qəsəbəsindən olan Qod Nisanov və Zarah İliyev isə hərəyə 3,2 milyard dollar şəxsi sərvətə malikdirlər. Onlar müvafiq olaraq siyahının 26 və 27-ci pillələrində qərar tutublar.
Daha bir soydaşımız olan Fərhad Əhmədov isə ən zəngin 51-ci rusiyalıdır. 60 yaşlı Əhmədovun 1,4 milyard pulu var.
Ötən illə müqayisədə 700 milyon dollar kasıblayan Araz Ağalarov isə 55-ci pillədə qərarlaşıb. Onun 1,2 milyard sərvəti qalıb.
Ən zəngin rusiyalı iş adamı isə Leonid Mixelson olub. Onun 14,4 milyard sərvəti var.
///modern.az
OXŞAR XƏBƏRLƏR